Festivalın keçirilməsində məqsəd yeniyetmə və gənclərdə bu sahəyə maraq artırmaqdır. Azərbaycanın modelçilik festivalına xoş gəlmisiniz. Festivalın keçrilmə məqsədi, modelçiliksahədə gənclərin potensialının aşkarlanmasına, tank, avtomobillər, dron və təyyarə modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına, sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmağa xidmət edir.
Məqsədimiz
Bizim əsas məqsədimiz modelçilik sahədə gəncləri cəlb etmək, onlara bu sahəni praktiki şəkildə öyrənmələrinə imkan yaratmaq və Azərbaycanda modelçilik sahənin inkişafına töhfə verməkdir. Hər kateqoriya öz içərisində bir neçə fərqli müsabiqə və ya yarış qaydalarını əhatə edir.
— Dron
— Tank
— Robot
— Avto
— Helicopter
— Təyyarə
Festivalda tələbə və gənclərin, şagirdlərin təşəbbüsü ilə hazırlanan təyyarə modelləri, dronlar nümayiş olunur, xüsusi hazırlanan robotlar təqdim edilir.
Festivalın xüsusi hazırlanan uçuş zonasında təyyarə və dronların sınağı həyata keçiririlir.
Sərgi zonasında isə avtomobillər, tank modelləri, müxtəlif robotlar nümayiş olunur.